ELSMART “Baku Build 2019” Sərgisində

ELSMART “Baku Build 2019” Sərgisində

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə ağıllı ev sektorunda fəaliyyət göstərən ELSMART bu gün Bakı Ekspo Mərkəzində öz işinə başlamış 25-ci Azərbaycan Beynəlxalq İnşaat (“Baku Build” 2019) Sərgisində iştirak etmişdir.

KOBİA təşkilatının dəstəyilə sərgidə ELSMART üçün ayrılmış xüsusi stenddə ağıllı ev məhsulları və xidmətləri nümayiş olunur. KOBİA həmçinin, “Baku Build 2019” Sərgisinə dəstək göstərən qurumlar sırasındadır.

Sərginin açılış mərasimində çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sənayenin, o cümlədən tikinti sektorunun inkişafı, bu sahəyə göstərilən dövlət dəstəyi, eləcə də əldə olunmuş müsbət dinamika barədə məlumat verib, iqtisadiyyatın müxtəlif sahələrində əldə olunan uğurların nümayiş olunması baxımından sərgilərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, 1995-ci ildən keçirilən sərgidə 35 ölkədən 5000-dən çox şirkət öz məhsullarını və qabaqcıl texnologiyalarını nümayiş etdirib. Bu il də ənənəvi olaraq İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sərgiyə dəstək göstərir.

Qeyd edək ki, “Baku Build 2019” Sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi (“Caspian MebelExpo 2019”), 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi (“Securex Caspian 2019”) və 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi (“Aquatherm Baku 2019”) keçirilir. Sərgilər oktyabrın 25-dək davam edəcəkdir.

Leave a Comment

Your email address will not be published.