NİYƏ BİZİ SEÇMƏLİ

“SMART HOME” MMC 2012-ci ildə təsis edilərək Ağıllı Bina və Ev avtomatlaşdırılması istiqamətində fəaliyyətinə başlamışdır. Şirkətimizin qarşısında duran əsas istiqamət bu sahə üzrə ən uyğun texnoloji həlləri tapıb müştərilərə təqdim etmək olmuşdur. Bu  səbəbdən biz xarici ölkələrin (iNESL – Çexiya, ViDEOCOM – Türkiyə) istehsalı olan malları Azərbaycana gətirərək satışını və quraşdırılmasını həyata keçirməyə başladıq. Amma daxilimizdə bir istək daha vardı, bu məhsulların yerli mütəxəssislərlə, 100% yerli istehsalını mümkün etmək arzusu idi. Bu sistemlərin Azərbaycanda istehsal olunub, daxili bazara təklif olunması ilə yanaşı xarici bazara çıxarılmasının mümkünlüyünü düşünərək bu istiqamətdə uzun bir yola çıxmağın vaxtı gəlib çatdığını düşünürdük. Amma, yenədə sanki nəsə çatışmırdı, kiminsə dəstəyin almadan, belə bir məsuliyyətli işin altına girib qərara gəlmək həqiqətəndə çox çətin idi. Sonunda isə bu qərarı almaqda bizə mənəvi güc və ilham verən əsas qüvvəmiz Cənab Prizdentmiz oldu, çünkü onun əzimlə yerli istehsalın yaradılması və genişləndirilməsi üçün göstərdiyi dəstək və diqqət göz önündədir və biz də bunları diqqətə alaraq yerli təlabatı keyfiyyətli məhsullarla təmin etməyi qarşısımıza məqsəd qoyub bu yola çıxdıq.

İndi isə sizlərə çox gözəl bir xəbərim var.

Artıq bu istiqamətdə işlərin tam yekunlaşdığını və 100% yerli mütəxəssislərin sayəsində proqram və qurğuların dizayn olunub hazırlanaraq “ELSMART” ticarət markası adı altında bazara çıxartdığımızın xəbərini sizə verməkdən qürür duyuruq. Bu təkcə bizim şirkətin nəaliyyəti deyil, həm də çox sevdiyimiz Azərbaycanın nəaliyyəti və qürurudur.

“ELSMART” ticarət markası adı altında istehsal olunan məhsullarımız istər yüksək keyfiyyətinə, istərsə də uyğun satış qiymətinə görə ideal balans yaradır ki, bu da öz növbəsində bizə istehlakçıların rəğbətini qazanaraq, yerli və dünya bazarında müvəffəqiyyətlə rəqabət aparmağa imkan yaradır.
“ELSMART” markalı cihazlar tam yerli mütəxəssislər tərəfindən proqramlaşdırılır və istehsal olunur. İstehsal etdiyimiz cihazlar şirkətimizə məxsus ELBUS və MBUS, əlavə olaraq beynəlxalq sayılan KNX, ZigBee, Z-wave kimi geniş yayılmış protakolları dəstəkləməyi hədəfləyir. Bu da öz növbəsində sizin istənilən proyektlərinizdə özəl istəklərinizi qarşılamağa, yarımçıq qalmış proyektlərinizi tamamlamağa, təhvil verilmiş proyektlərinizə isə əlavələr edib təkminləşdirməyə imkan verir.

 

Fəaliyyət sahələrimizə ağıllı ev sistemləri ilə yanaşı, bina avtomatlaşdırması, təhlükəsizlik sistemləri, audio-video interkom sistemləri, multimedia sistemlərinin satışı və quraşdırması da daxildir. Şirkətimizin savadlı texniki mütəxəssis heyəti daim inkişaf edən texnoloji yenilikləri araşdırır və müştərilərin tələblərini müəyyən edir. Nəticədə hər il məhsul çeşidimiz və xidmət sahələrimiz artır, fəaliyyət spektorumuz genişlənir.


“SMART HOME” MMC olaraq xidmət sahələrinin sərhədsiz olduğu bir dövürdə müştəri məmnuniyyətini prioritet hesab edərək keyfiyyətli xidmət təklif etməkdəyik. Əldə etdiyimiz məlumat və təcrübəni müştəriyə çəkinmədən təqdim etmək, xidmət ünsürü nə olursa olsun müştəri ilə başdan sona qədər keyfiyyət və qiymət mövzusunda dialoq içində olmaq, müştərinin fikirlərini diqqətə alaraq doğru həll yolları təklif etmək əsas hədəfimizdir.

Ağıllı ev nədir

Ağıllı ev sistemi

ELSMART - Ağıllı ev sistemləri

Digər videolar üçün kanalımıza müraciət edin. Əgər yeni videolar haqqında xəbər tutmaq istəyirsizsə, kanalımıza abunə olmağı unutmayın !!!

YUTUB KANALIMIZ
20

TAMAMLANAN LAYİHƏLƏR

30

İŞÇİ SAYI

34

MÜŞTƏRİ SAYI

21

QAZANILAN MÜKAFATLAR

Distribütorlar