“SMART HOME” şirkəti ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında işgüzar görüş

“SMART HOME” şirkəti ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında işgüzar görüş

     AMEA Yüksək Texnologiyalar Parkında rezidentliyə iddialı “SMART HOME” MMC-nin təsisçiləri Elşad Hüseynov və Elməddin Xəlilov AMEA Yüksək Texnologiyalar Parkına səfər etmişdir. Görüşdə AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin əməkaşları və “SMART HOME” şirkətinin rəhbərliyi iştirak ediblər. “SMART HOME” şirkəti ağıllı bina və ev avtomatlaşdırılması istiqamətində ixtisaslaşmışdır. Şirkətin əsas məqsədi avtomatlaşdırılma sahəsində ən uyğun texnoloji həlləri tapıb müştəriyə təqdim etməkdir. İstehsal olunan “EL SMART” markalı cihazlar yerli mütəxəssislər tərəfindən proqramlaşdırılır və isthesal olunur. Qonaqlar həmçinin bildirdilər ki, “SMART HOME” şirkəti AMEA YT Parkın rezidenti olduqdan sonra digər analoqlarından üstün yerli istehsalın təşkil edilməsinə, maya dəyərinin aşağı olmasına, əlçatanlılığına, gələcəkdə həmin qurğular üzərində göstəriləcək servis xidmətlərinin operativliyinə də üstünlük verəcəklər.

     Görüşün məqsədi innovativ layihələrin birgə icra olunması imkanlarının və şirkətə “AMEA YT Parkın” rezidenti statusunun verilməsinin araşdırılması ilə əlaqədar olmuşdur. Direktor Nazim Şükürov texnopark haqqında və rezidentlərə şamil olunan güzəştlər barədə məlumat vermişdir.

Leave a Comment

Your email address will not be published.