Gəncədə “Ağıllı Otel” Layihəsi

Gəncədə “Ağıllı Otel” Layihəsi

“ SMART HOME” MMC olaraq yeni işlərimiz ilə həyatınızı asandlaşdırmağa , yeni texnologiyaların imkanları və həlləri ilə sizi birləşdirməyə davam edirik.
Ağıllı otel fikri son illərdə qonaq təcrübəsini yaxşılaşdırmaq və büdcəyə qənaət etmək imkanına görə populyarlıq qazanıb. Xüsusilə ağıllı otaq texnologiyası daha çox fərdiləşdirmə, enerji səmərəliliyi, daha sürətli qonaqlama, daha çox rahatlıq və cihazları uzaqdan idarə etmək imkanı təmin edir. Ağıllı Otel Sistemi otel sabihlərinə daha səmərəli və gəlirli fəaliyyət göstərməyə imkan verir. Ağıllı Otel işlərə daimi nəzarət etmək və müştərilərə daha komfortlu otaqlar təqdim etməklə müştəri məmnuniyyətini artırmaq üçün ən optimal seçimdir. Mobil cihazlarla idarəetmə funksiyasi ilə müştərilər otağı öz komfortlarına uyğun tənzimləyə bilir.“Ağıllı Otel” sisteminə –

  • İşıq İdarəetməsi
  • Ağıllı Kilid Sistemi
  • Temperatur Nəzarət Sistemi
  • Kondisioner İdarəetməsi
  • Ağıllı Musiqi Sistemi
  • TV İdarəetməsi
  • Bartech markalı “Ağıllı Minibar” ların Sistemimizə İnteqrasiyası
  • Otel PMS
  • Wifi Spot
  • Server & Networking

daxildir.

Leave a Comment

Your email address will not be published.