NİYƏ BİZİ SEÇMƏLİ

“ALLSMART TECHNOLOGIES” özündə “ELSMART”, “ACCESSO” kimi yerli texnologiya

markalarını birləşdirir. Hüquqi olaraq “ALLSMART TECHNOLOGIES” ağıllı qurğuların istehsalı, Ev – Bina avtomatlaşdırılması sisteminin istehsalı və quraşdırlması, “Ağıllı otel” və “Ağıllı ofis” sistemləri, təhlükəsizlik sistemləri və giriş-çıxışa nəzarət, avtomatik keçid sistemləri, LED lampaların istehsalı istiqamətində fəaliyyət göstərir. Şirkətimiz hal hazırda 100-dən çox  adda məhsul istehsal etməkdədir. Məhsullarımız 2017-ci ildən “ELSMART” ticarət markası adı altında Azarbaycanın ilk və tək Ağıllı Ev və Bina idarəetməsi sistemləri olaraq istehsal edilməkdədir. İstehsal etdiyimiz məhsulların elektron dövrələrinin (PCB) dizaynı şirkətimiz tərəfindən sifarişə uyğun hazırlanır.

Qurğuların “beyinləri” sayılan mikroçiplərin proqrmlaşdırılmasından mobil (IOS və Android) proqramlamaya qədər bütün proqram yazılımları bizim şirkətin mühəndisləri tərəfindən aparılır. Məhsullarımız 100% yerli mütəxəssislər tərəfindən hazırlanır. Şirkətimiz özəl istəklər əuyğun olaraq fərqli cihaz istehsalı sifarişləri də qəbul edir.

“ELSMART” ticarət markası adı altında istehsal olunan məhsullarımız istər yüksək keyfiyyətinə, istərsə də uyğun satış qiymətinə görə ideal balans yaradır ki, bu da öz növbəsində bizə istehlakçıların rəğbətini qazanaraq, yerli və dünya bazarında müvəffəqiyyətlə rəqabət aparmağa imkan yaradır.
“ELSMART” markalı cihazlar tam yerli mütəxəssislər tərəfindən proqramlaşdırılır və istehsal olunur. İstehsal etdiyimiz cihazlar şirkətimizə məxsus ELBUS və MBUS, əlavə olaraq beynəlxalq sayılan KNX, ZigBee, Z-wave kimi geniş yayılmış protakolları dəstəkləməyi hədəfləyir. Bu da öz növbəsində sizin istənilən proyektlərinizdə özəl istəklərinizi qarşılamağa, yarımçıq qalmış proyektlərinizi tamamlamağa, təhvil verilmiş proyektlərinizə isə əlavələr edib təkminləşdirməyə imkan verir.

 

Fəaliyyət sahələrimizə ağıllı ev sistemləri ilə yanaşı, bina avtomatlaşdırması, təhlükəsizlik sistemləri, audio-video interkom sistemləri, multimedia sistemlərinin satışı və quraşdırması da daxildir. Şirkətimizin savadlı texniki mütəxəssis heyəti daim inkişaf edən texnoloji yenilikləri araşdırır və müştərilərin tələblərini müəyyən edir. Nəticədə hər il məhsul çeşidimiz və xidmət sahələrimiz artır, fəaliyyət spektorumuz genişlənir.


“SMART HOME” MMC olaraq xidmət sahələrinin sərhədsiz olduğu bir dövürdə müştəri məmnuniyyətini prioritet hesab edərək keyfiyyətli xidmət təklif etməkdəyik. Əldə etdiyimiz məlumat və təcrübəni müştəriyə çəkinmədən təqdim etmək, xidmət ünsürü nə olursa olsun müştəri ilə başdan sona qədər keyfiyyət və qiymət mövzusunda dialoq içində olmaq, müştərinin fikirlərini diqqətə alaraq doğru həll yolları təklif etmək əsas hədəfimizdir.

Ağıllı ev nədir

Ağıllı ev sistemi

ELSMART - Ağıllı ev sistemləri

Digər videolar üçün kanalımıza müraciət edin. Əgər yeni videolar haqqında xəbər tutmaq istəyirsizsə, kanalımıza abunə olmağı unutmayın !!!

YOUTUBE KANALIMIZ
20

TAMAMLANAN LAYİHƏLƏR

30

İŞÇİ SAYI

34

MÜŞTƏRİ SAYI

21

QAZANILAN MÜKAFATLAR

Distribütorlar