“SMART HOME” MMC Yüksək Texnologiyalar Parkının Rezidenti  Seçildi

“SMART HOME” MMC Yüksək Texnologiyalar Parkının Rezidenti Seçildi

Azərbaycanda yüksək texnologiyalar sahəsində çalışan “Smart Home”MMC Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti seçilib. Yüksək texnologiyalar parkının bir hissəsi olaraq dünyaya “ELSMART” markası ilə texnoloji məhsullar ixrac etmək , daxili bazarıın təlabatını ödəmək yolunda ciddi işlər görülür. Bu müasir tələblərə cavab verən, texnologiyanın imkanlarından maksimum istifadəyə imkan verən texnoloji mühitin yaradılması yolunda atdığımız uğurlu bir addım oldu.

“Smart Home” layihəsi “Ağıllı Bina və Ev” avtomatlaşdırılması istiqamətində fəaliyyət göstərir. Əsasən Pirallahı Yüksək Texnologiyalar Parkında qurulacaq zavodda müxtəlif növdə idxal edilən və ixrac potensialı yüksək olan texnologiya məhsulları istehsal ediləcək. İstehsal edilən məhsulların böyük bir hissəsi daxili bazarın tələbatını ödəyəcəkdir.

Əsas məhsullar kimi Ağıllı Ev və Bina Avtomatikası, Sensorlu elektrik açarları, GSM modular, Led lampalar, elektrik, qaz, su sayğaclarından məlumat oxuyucular və s. cihazların hazırlanması nəzərdə tutulur.

Leave a Comment

Your email address will not be published.